Xalq artisti Rəmişin anadan olmasından 81 il ötür

Xalq artisti Rəmişin anadan olmasından 81 il ötür
Mədəniyyət 33

Bu gün Xalq artisti, tanınmış gitara ifaçısı Rəmişin doğum günüdür. Onun anadan olmasından 81 il ötür.

Rafiq Hüseyn oğlu Hüseynov 1944-cü ilin bu günü, 14 noyabrda Ağdam rayonunun Gülablı kəndində doğulub.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına orta ixtisas musiqi məktəbində tar sinfində alan Rafiq Hüseynovun istedadı qısa bir vaxta onu böyük sənətkara çevirib. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olub.

O, Xalq artistləri Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov və digərlərini müşayiət edib.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.

Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir.

Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Son xəbərlər