Vətən müharibəsi ilə bağlı film çəkilir
Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Borc" adlı tammetrajlı bədii filmin istehsalına başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Media Mərkəzi məlumat yayıb.
Bildirilib ki, filmin əsas mövzusu İkinci Qarabağ müharibəsində iştirak edən gənclərimizin döyüş əməliyyatlarında nümayiş etdirdiyi igidlik, qorxmazlıq, mərdlik, hərbi bacarıqlar, vətənpərvərlik ruhudur.
Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva çəkiliş meydançasında olub. Arzu xanım çəkilişlərin gedişi ilə maraqlanıb, filmin yaradıcı heyəti ilə görüşüb.
Oxşar xəbərlər
Xalq artisti Bəşir Səfəroğlunun vəfatından 57 il ötür
Bu gün Xalq artisti Bəşir Səfərovun (Səfəroğlu) anım günüdür. Onun vəfatından 57 il ötür. Bəşir Səfəroğlu (Səfərov Bəşir Səfər oğlu) 1925-ci ildə Bakıda doğulub...