"The word" filminin rejissoru: "Baku" TV-dəki həmkarımın həyat hekayəsi məni çox təsirləndirdi
Baku.TV-dəki həmkarımın həyat hekayəsi məni çox təsirləndirdi və bunu film kimi çəkmək ideyası yarandı.
Bu sözləri "Report"a açıqlamasında "Söz" ("The word") filminin rejissoru və ssenaristi Leyli Məhərrəm deyib.
Onun sözlərinə görə, bu barədə ideyanı televiziya rəhbərliyinə bildirdikdə dərhal müsbət cavab alıb:
"Həmkarım Ələkbər Nəsirovun həyat hekayəsi məni o qədər təsirləndirdi ki, gecə-gündüz bunu ssenariləşdirmək barədə düşünürdüm. Filmdə biz 44 günlük Vətən müharibəsini və Zəfərdən sonrakı emosional vəziyyəti məhz onun öz dilindən təqdim etmişik".
Rejissor filmin beynəlxalq festivallarda iştirakına da toxunub:
"Bu, əlbəttə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün vacib amildir".
Oxşar xəbərlər
Yaşıl Teatr və Bakı Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
"Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı BŞİH-dən alınıb, Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. BAKU.WS xəbər verir ki, bu, Pre...