TƏBİB: Teymur Mustafayevin dəfni ilə bağlı araşdırma aparılacaq
12
iyn
2020
18:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxınları inkar edə bilərlər, ancaq xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat edib”.
BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
V. Əliyev deyib ki, bu dəfnlərdə az sayda insanlar iştirak etməlidir: “Əgər yaxınları insanlara yanlış məlumat verirsə, dəfn adi qaydada aparılırsa, bu barədə müvafiq qurumlar araşdırma aparacaq və müvafiq ölçülər götürüləcək”.
Oxşar xəbərlər
Xalq artisti Teymur Mustafayev vəfat etdi
Xanəndə, xalq artisti Teymur Mustafayev bu gün vəfat edib. BAKU.WS xəbər verir ki, xanəndə 15:30-da “Yeni klinika” tibb müəssisəsində vəfat edib. Qeyd edək ki,...