Teatrlar nə vaxt açılacaq? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Bütün teatrsevərləri narahat edən bir sual var - “Teartlar nə vaxt açılacaq”?”.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə bildirib.
O qeyd edib ki, bu mövzuda şöbəmizə daxil olan çoxsaylı media sorğularını nəzərə alaraq, bildiririk ki, Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər:
“Nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb. Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcəkdir. Ümid edirik ki, epidemioloji vəziyyət tezliklə stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”.
Oxşar xəbərlər
İki yüzdən çox rolu canlandıran Xalq artistinin doğum günüdür - FOTO
Bu gün Azərbaycanın Xalq Artisti, bənzərsiz rolları ilə milyonların sevimlisinə çevrilmiş, unudulmaz sənətkarımız Ağasadıq Gəraybəylinin anadan olmasından 124 i...