Sakit Məmmədov: “Sonuncu dəfə Almaniyada olanda danışdım, Bakıya gələcəyini dedi”
Yeniliklərdən dərhal xəbərdar olun
“O, rəssamlıq sənətinə böyük hörmət qazandırdı. Hər kəs bu sənətin nə qədər böyük və dəyərli olduğunu Tahir Salahovun simasında gördü.
Ona görə də hər zaman başda olub. Baxmayaraq ki, Moskvada yaşadı, amma ömrünü Azərbaycana həsr etdi. Tahir Salahovun bütün əsərləri ölkəmizlə bağlıdır”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq rəssamı Sakit Məmmədov deyib. O, Tahir Salahovla sonuncu dəfə müalicəsi üçün aparıldığı Almaniyada olarkən danışdığını bildirib:
“Onunla biz çox yaxın dost idik. Məni sənətkar kimi özünə daha yaxın dost hesab edirdi. Sonuncu dəfə Almaniyada olanda danışdım.
Dedi ki, “Bakıya gələcəm”, mən də zarafat etdim onunla... Həmişə Moskvaya gedəndə bizim millətin kimliyini soruşanda biz Tahir Salahovun adını çəkirdik. Tahir Salahov bizim millətin pasportu idi”.
Oxşar xəbərlər
İlham Əliyev Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzaladı
Azərbaycan prezidenti xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzalayıb. BAKU.WS xəbər verir ki, nekroloq mətnində deyilir: "Azərbaycan mədəniyyə...