Sabir Məmmədov: "Dostumuzu, qardaşımızı itirdik"

Sabir Məmmədov: Dostumuzu, qardaşımızı itirdik
Mədəniyyət 105

"Onunla çox rollarda çəkilmişik. Ramiz Novruzu çox yaxşı insan kimi xatırlayacağam".

Bu sözləri BAKU.WS-ə açıqlamasında mərhum aktyor Ramiz Novruzun yas mərasimində iştirak edən Xalq artisti Sabir Məmmədov deyib. O, həmkarının xəstəliyini bilmədiyini vurğulayıb. Bu səbəbdən də onun nikbin olduğunu vurğulayıb:

"Bu xəstəlik çox ağırdır. Mən onunla çox rollarda oynamışam. "Qorxma mən səninləyəm" filmində bir yerdə çəkilmişik. Çox heyif həm sənət dostumuzu, həm qardaşımızı itirdik".

Məlumat üçün bildirək ki, Xalq artisti Ramiz Novruz 68 yaşında mədə xərçəngindən vəfat edib. O, çəkisi az olduğu üçün efirlərdə iştirak etmirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər