Rasim Balayev və Şəfiqə Məmmədova TƏLTİF EDİLDİ

Mədəniyyət Nazirliyinin fəxri diplomu təsis edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust - Milli Kino Günündə Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, bu mükafatın təsis edilməsində məqsəd mədəniyyət sahəsində həm işləri, həm də pedaqoji fəaliyyəti ilə məşğul olanlara diqqətin göstərilməsi üçündür.
Nazir Xalq artisti Rasim Balayev və Xalq artisti Şəfiqə Məmmədovanın Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunduqlarını bildirib.
"Düşünürük ki, bu siyahı daim genişləndiriləcək", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Görkəmli rejissor Rasim Ocaqovun anım günüdür
Bu gün görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anım günüdür. Yaradıcılıq yolu milli kino mədəniyyəti tariximizdə ayrıca mər...
