Ramiz Novruzdan danışan Məleykə Əsədova: "Aktyorlar ölmür"
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, mərasim aktyorun Yeni Yasamalda yerləşən bina evində təşkil edilib.
Xalq artistinin yasında aktyorun ailə üzvləri, yaxınları və sənət aləminin tanınmış simaları iştirak edirlər. Xalq artisi Məleykə Əsədova da yas mərasimində iştirak edib.
İfaçı aktyorun yaxınlarına başsağlığı verib. Gözyaşlarına boğulan sənətçi onunla bir çox tamaşalarda oynadığını bildirib:
"Hər zaman yaddaşımda yaxşı insan kimi qalacaq. Onun ölümünə hələ də inana bilmirəm. Çox səmimi insan idi. Sənətə gələndən onunla bir sıra layihələrdə tərəf müqabili olmuşam. Pis oluram".
Xatırladaq ki, mərhum bu gün Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Xalq artisti Vaqif Əsədovla vida mərasimi keçirilir - YENİLƏNİB - FOTO
Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov dəfn olunub. BAKU.WS “report”a istinadən xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında,...