"Oraya ayaq atan kimi dilim tutuldu, fikirlərim çaş-baş oldu" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir həftə əvvəl Nigarla (müğənni Nigar Camal - red.) Gəncəmizə yollanmışdıq.
Orada gördüklərimdən, yaşadıqlarımdan bir həftədir ki, hisslərimi, fikirlərimi cilovlayıb yaza bilməmişdim.
Məqsədimiz erməni vəhşiliyi nəticəsində zərər çəkmiş ailələrə, yaxınlarını itirmiş insanlara, şəhid ailələrinə, mərd əsgərlərimizə dəstək olmaq və xüsusən də ingilis dilli auditoriyamıza həqiqətləri hadisə yerindən çatdırmaq idi".
BAKU.WS xəbər verir ki, bu sözləri "Eurovision 2011" müsabiqəsinin qalibi Eldar Qasımov “Instagram” hesabında yazıb. Müğənni işğalçı Ermənistanın Gəncədə terror törətdiyi yerdə həmkarı Nigar Camalla fotolarını yayaraq bu sözləri qeyd edib:
"Amma oraya ayaq atan kimi dilimiz tutulub, fikirlərimiz çaş-baş oldu. Ümidsiz baxışlara, kədərə, böyük qəmə rast gəldik.
Sonra şəkildə gördüyüm 3 gün əvvəl kəfənə bükülmüş doğma balasını sinəsinə sıxıb, son öpüşünü bağışlayan atanı görüb anladım ki, hamımız onlar üçün daha güclü və iradəli olmalıyıq! Min dəfə dirilib düşmənə yerini göstərməliyik.
İnsanlarla danışdıqca, dərdlərini paylaşdıqca, bütün itkilərə, əzaba, kədərə baxmayaraq, onların ruhən nə qədər mərd olduqlarını görüb Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını gördük.
Çünki bizi Qələbəyə düşmənə nifrət yox, Vətənə sevgi aparır! O gün çox yaxındadır! Allah hamımızı qorusun. Qarabağ Azərbaycandır".
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...