Nazirlik Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib
Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin qızı Aytən Həsənova bildirib.
Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib.
"Atamın vəsiyyəti belə idi ki, anamın yanında - ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bizə bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər", - deyə Xalq artistinin qızı əlavə edib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlansa da, cavab verilməyib.
Qeyd edək ki, Xalq artisti bu ilin mart ayında vəfat edib.
Oxşar xəbərlər
XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi
Şamaxının Avaxıl kəndində yerləşən tarixi Pir Ömər Sultan ziyarətgahında aparılan genişmiqyaslı bərpa və konservasiya işləri yekunlaşıb. Heydər Əliyev Fondunun...