Müğənni Rüfət Mehdiyevin vəfatından 13 il ötür - FOTO
Bu gün müğənni Rüfət Mehdiyevin anım gündür. Sənətçinin vəfatından artıq 13 il ötür.
BAKU.WS xəbər verir ki, Rüfət Sabir oğlu Mehdiyev iyulun 7-də 1969-cu ildə Bakıda doğulub.
O, 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində, 1986-1992-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb. 1989-cu ildən musiqi ilə məşğul olub.
1992-ci ildən isə müğənnilik fəaliyyətinə başlayıb.İfaçı "Həyatı sevirəm", "Darıxdım", "İl keçdi", "Druzya", "Odlar yurdum" kimi sevilən mahnılar səsləndirib.
2004 və 2008-ci illərdə "Space TV"-də çəkilən "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində iştirak edib.
Rüfət Mehdiyev 2011-ci ilin fevralın 1-də dünyasını dəyişib.
42 yaşlı müğənninin ölümünə səbəb insult olub. O, Nizami rayon qəbristanlığında dəfn edilib.
İfaçı ailəli idi. Onun üç qızı, bir oğlu var.
Oxşar xəbərlər
Məşhurlar 1990-cı illərdən indiyə qədər neçə klip çəkdirib? - RƏQƏMLƏR - VİDEO
Bu gün Azərbaycan estradasında 29 il, 33 il hətta 36 il sənət təcrübəsi olan məşhurlar var. Səhnə faəliyyətinə 1990-cı illərdə start verən bu sənətçilər həmişə...