Məşhurlar 1990-cı illərdən indiyə qədər neçə klip çəkdirib? - RƏQƏMLƏR - VİDEO

Məşhurlar 1990-cı illərdən indiyə qədər neçə klip çəkdirib? - RƏQƏMLƏR - VİDEO
Mədəniyyət 596

Bu gün Azərbaycan estradasında 29 il, 33 il hətta 36 il sənət təcrübəsi olan məşhurlar var. Səhnə faəliyyətinə 1990-cı illərdə start verən bu sənətçilər həmişə sevənlərinə ən yaxşı mahnı və kliplərini təqdim etməyə çalışdılar. Onlar hər bir uğurlu layihə ilə sənət yolunda addım-addım irəliləyib, sevildilər. İndi həmin məşhurlardan bəziləri Xalq artisti, bəziləri isə Əməkdar artistdirlər.

Bu dəfə BAKU.WS saytı olaraq 1990-cı illərdən məşhurlaşmağa başlayan sənətçiləri pərəstişkarlarına sevdirən kliplərinin sayını araşdırdıq. Maraqlıdır, həmin vaxtdan bu günə qədər kim, neçə klip çəkdirib?

Xalq artisti Aygün Kazımova

Müasir estradanın banisi Aygün Kazımova 1988-ci ildən bu günə qədər səhnədədir. Pop diva “Bu sevgi” adlı ilk klipini 1989-cu ildə təqdim edib. Xalq artisti 70-dən çox klip arasında "Uzaqlıq", "Ələrini uzat gülüm", "Ah, vətən", "Son gecə", "İtkin gəlin", "Sənsiz bir günüm olmasın", "Ömrüm-günüm", "Gecələr keçir", "Vokaliz", "Matros", "Sevdim", "Я и ты", "Şəklimi çək", "Depresyondayım", "Bağlanıram (feat. Namiq Qaraçuxurlu)", "Öpsən", "Gecələr sənsiz", "Petrol", "Nirvana", "Bilmək olmaz", "Sağ-salamat” kimi ekran işləri var. Kazımovanın səs-küylü ekran işlərindən biri “İkinci sen” klipidir. İfaçının məşhur müğənni və bərtəkar Sinan Akçılla ifa etdiyi mahnıya Avstriyanın İstanbuldakı konsulluğunda çəkilib. Klip ilk olaraq Türkiyənin ən məşhur musiqi kanalı olan Kral TV-də yayımlanıb. Aygün Kazımova bu mahnı ilə Türkiyə və Azərbaycan hit paradlarında həftələrlə ilk sırada yer alıb.

Son xəbərlər