Məmmədbağır Bağırzadəyə aid muzeydən İLK GÖRÜNTÜLƏR
Mərhum Xalq artisti Məmmədbağır Bağırzadəyə aid əşyaların yer aldığı muzey nümayiş etdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə ilk dəfə "Xəzər axşamı" proqramında bildirilib. Qeyd edilib ki, muzeyin görüntüləri ilk dəfə TV-də yayımlanır.
Muzeydə sənətçiyə aid bir çox eksponatlar: fəxri fərmanlar, diplomlar, mükafatlar, tablolar və qaval nümayiş olunur.
Xalq artistinin oğlu Rahim Bağırzadə qeyd edib ki, hələ bəzi əşyaları yer məhdud olduğu üçün muzeyə gətirilməyib.
Xatırladaq ki, Məmmədbağır Bağırzadə 30 oktyabr 2005-ci ildə Bakıda vəfat edib. Sənətçi Nardaran qəbristanlığında dəfn edilib.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq"
"44" bədii filmi üzərində işi yekunlaşdırdıq". BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov paylaşım edib: "Filmin ərsəyə gəlməsində i...