Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb
07
yan
2024
04:55
Azərbaycanın Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Hümmətovanın vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Bu barədə nazirlikdən bildirilib.
“Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!”, - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Əməkdar artist Aygün Bəylər vəfat edib - YENİLƏNİB + VİDEO
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat...