Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldı

Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldı
Mədəniyyət 1090

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-nin yeni sezonunda dəyişiklik baş verib. Belə ki, bir neçə gün əvvəl Zaur Kamal, Tarix Əliyev (Tolik), Ağakərim Əbülfəzoğlunun kanalın efirindən uzaqlaşdırılması, Xəzər Media Mərkəzinin nəzdində yayımlanan Dalğa TV-də tamaşaçı qarşısına çıxacağı barədə məlumat yayılıb.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, siyahıya “Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin Mərdanova da daxil edilib. O da həmkarları kimi digər kanala transfer olunub.

Bundan əlavə, mart ayından İTV ilə yollarını ayıran Leyla Quliyevanın Xəzər TV-də tutduğu vəzifə də məlum olub. Tanınmış sima kanalda kreativ şöbəyə rəhbər gətirilib.

Həmçinin kanala növbəti sezonda yeni simalar da cəlb olunub. ATV-nin siması olan aktyor-aparıcı İslam Mehrəliyev “Xəzər”də tamaşaçı qarşısına çıxacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər