Cənnət Səlimova: "Dəli yığıncağı" mənim iç dünyamı əks etdirir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında növbəti tamaşanın premyerası baş tutacaq.
Bu barədə öz dövrünün ən önəmli əsərlərindən sayılan Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinə quruluş verən tanınmış teatr rejissoru Cənnət Səlimova BAKU.WS-ə müsahibəsində deyib.
Cənnət Səlimova müsahibə zamanı bildirdi ki, hər bir insanın özünü tapdığı əsər var: "Məhz mənim də iç dünyama yaxın olan əsərlərdən biri budur. Buna görə də bu gün mən bunu tamaşaçıya təqdim edəcəm".
Yaxın günlərdə dövlət başçısı İlham Əliyev tərəfindən Şərəf ordeni ilə təltif olunan Cənnət xanım bundan qürur hissi duyduğunu ifadə etdi.
Həmçinin tamaşada əsas rolları ifa edən aktyorlar Nofəl Vəliyev və Aygün Fətullayeva canlandıracaqları obrazlar haqqında maraqlı fikirlər səsləndirdilər.
Son olaraq qeyd edək ki, 15-16 fevral tarixlərində baş tutan premyerada tanınmış simalar da yer alacaq.
Oxşar xəbərlər
Prezident Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 11-də Heydər Əliyev Mərkəzində musiqi mədən...