Cəlil Məmmədquluzadənin Nehrəmdə dərs dediyi ilk məktəbin qalıqları - VİDEO

Sosial şəbəkələrdə Azərbaycanın görkəmli mütəfəkkiri Cəlil Məmmədquluzadənin 19-cu əsrin sonlarında müəllimlik etdiyi məktəbin görüntüləri böyük marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə ictimai şəxs Şəmil Sadiq feysbukda paylaşım edib.
Videoda qədim təhsil ocağının baxımsız vəziyyətdə qalmış son halı diqqətdən qaçmır. Burada ilk baxışdan tarixiliyi bəlli olan müxtəlif əşyalar mövcuddur. Məktəb hazırda Nehrəm kəndinin ziyalılarından olan Əli həkimin evidir.
Qeyd edək ki, Cəlil Məmmədquluzadənin ilk dərs dediyi məkan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi ərazisində yerləşir.
Yazıçı-dramaturt 1890-cı ildən 1897-ci ilədək Nehrəm kəndində müəllim işləyib.
Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər
54 gün erməni mühasirəsində qalmış 19 nəfərin izi ilə… - VİDEO - REPORTAJ
Araz axar lil ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə. Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Bu xalq mahnısını sakitcə, öz-özüm...