Bilal Ərdoğan Nuru Paşanı unutmadı - FOTOLAR
27
iyl
2019
16:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya Etnoidman Konfederasiyasının sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib.BAKU.WS report-a istinadən xəbər verir ki, Nuru Paşanın yaşadığı bu ev onun silahdaşlarından birinin - Nağı bəy Şeyxzamanlının evi olub.Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub.Tanışlıq zamanı TİKA-nın gördüyü işlər barədə məlumat verilib, Qafqas İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.Xatırladaq ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iyulun 26-da Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında da iştirak edib.
Qalereya
Oxşar xəbərlər
"Belə izdiham gözləmirdim" - Gədəbəyə gələn Ərdoğanın oğlu heyran qaldı - VİDEO
“Qədim türk millətlərinin ənənələrinin yaşadılması üçün bu tədbir olduqca mühüm əhəmiyyətə malikdir”.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu fikir...