"Belə izdiham gözləmirdim" - Gədəbəyə gələn Ərdoğanın oğlu heyran qaldı - VİDEO
27
iyl
2019
14:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qədim türk millətlərinin ənənələrinin yaşadılması üçün bu tədbir olduqca mühüm əhəmiyyətə malikdir”.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu fikirləri Gədəbəydə Milli Yaylaq Festivalına qatılan Bilal Ərdoğan bildirib.Festivaldan olduqca məmnun qalan Bilal Ərdoğan tədbirin yüksək səviyyədə təşkil edildiyini də sözlərinə əlavə edib:“Tədbirin bu qədər izdihamlı olacağını gözləmirdim. Atların səhnəsi, milli musiqilər, bu bölgənin əl sənətləri çox gözəl idi. Dağların, qayaların arasında tarixi türk çadırlarının qurulması əla alınıb. Hələ güləş yarışlarımız da olacaq.Düşünürəm ki, hər kəs çox gözəl zaman keçirdi. Bu tədbirlər tarixi ənənələrimizin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bizlərin məqsədi sadəcə nostalji hisslər yaşamaq deyil, kimliyimizi yaşatmaqdır”.İlham Məmmədov
Oxşar xəbərlər
"Ərdoğanın oğlu məni görən kimi tanıdı" — Rəşid Mahmudov Bilal bəylə görüşüb - VİDEO
Tanınmış alim, tibb elmləri namizədi Rəşid Mahmudov Gədəbəy rayonunda Milli Yaylaq Festivalının təntənəli açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərd...