İlham Əliyev və Ərdoğanın görüşü zamanı səmimi anlar – VİDEO

İlham Əliyev və Ərdoğanın görüşü zamanı səmimi anlar – VİDEO
Video
Siyasət 1484
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışından sonra "Space” televiziyasının müxbirinin sualını cavablandırıblar.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, kamera önünə keçən prezidentlərin olduqca səmimi olduqları diqqətdən yayınmayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyə ilə hər zaman bir yerdədir və bir yerdə olacq. 

"Əziz qardaşımın dediyi kimi, bu gün buraya gələnlərin mütləq əksəriyyəti Türkiyəyə, əziz qardaşıma dəstək vermək üçün gəlib. Bu, çox böyük uğurdur. Türkiyə yenə də bütün dünyanı dəvət etdi, öz ətrafına yığdı. İnşallah, daha da gözəl günlərimiz olacaq, bax, həmişə belə, bərabər”.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyənin dostluğu və qardaşlığı əbədidir.

BAKU.WS

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng edib

Ərdoğan İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS Prezidentin Mətbuat X...

1382 Siyasət 10:39 13 sentyabr 2016

Son xəbərlər