Bacısı və nəvəsi Tahir Salahovdan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xalq rəssamı Tahir Salahov I Fəxri Xiyabanda torpağa tapşırılıb.
BAKU.WS xəbər verir ki, dəfndə mərhumun yaxınları və ailə üzvləri, o cümlədən bir çox ictimai və dövlət xadimləri iştirak ediblər.
Tahir Salahovun bacısı Zərif Salahova qardaşının Azərbaycan incəsənəti üçün önəmli və tarixi şəxsiyyət olduğunu bildirib:
"Tahir Salahov təkcə böyük rəssam deyil, həm də böyük oğul, böyük babadır. O təkcə Azərbaycan xalqının deyil, bütün sivil dünyanın oğludur. Ona görə də belə böyük rəssama görə təkcə Azərbaycan xalqı kədərlənmir. Allah rəhmət eləsin".
Dəfndə iştirak edənlər arasında Xalq rəssamının nəvəsi Dan Sultanov da olub. O, babası ilə bağlı xatirələrini bölüşüb:
“Mən hazırda Moskvada yaşayıram, baxmayaraq ki, bütün həyatımı Bakıda keçirmişəm. Bura tez-tez gəlirdim, babamla vaxt keçirirdim.
O, ailəsini çox sevirdi. Baba bizim üçün dayaq idi. Biz xoşbəxtik ki, o, Azərbaycana qayıtdı və burada dəfn olundu. Çünki xalqımız üçün o, bu torpağın milyon ildə bir dəfə dünyaya gələn brilyantı idi".
Qalereya
Oxşar xəbərlər
Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub - VIDEO
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, D...