Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub - VIDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub.
BAKU.WS xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, Mədəniyyət naziri Anar Kərimov və ictimai-siyasi xadimlər iştirak ediblər.
***12:10
Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, Xalq rəssamının İçərişəhərdəki evində təşkil olunan mərasimdə ailə üzvləri və yaxınları iştirak edirlər.
Qeyd edək ki, Tahir Salahov mayın 21-də Almaniyada müalicə olunduğu klinikada vəfat edib.
O, Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzaladı
Azərbaycan prezidenti xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzalayıb. BAKU.WS xəbər verir ki, nekroloq mətnində deyilir: "Azərbaycan mədəniyyə...