Azərbaycanlı oğlanla norveçli qızın dostluğu - FOTO

31
iyl
2019
17:09
Norveç və Azərbaycan dostluğu, məhəbbətinin təcəssümü "Discovering The Land of Origin" (Milli Mirasımızın mənşəyini kəşf et) layihəsində əks olunub.BAKU.WS xəbər verir ki, layihədə azərbaycanlı model Elvin İsmayıl və norveçli məhşur influenser Jaenette Elise çəkilib.Layihə Dövlət Diaspora komitəsinin sifarişi, Norveçın Can təşkilatının təşəbbüsü və Caspian Media Holdingin təşkilatı dəstəyi ilə çəkilmişdir. Layihənin rəhbəri Norveçli modelyer, Can təşkilatının sədri Şervin Nəcəfpurdur. Fotolar isə məhşur norveçli fotoqraf Edmond Yang tərəfindən çəkilmişdir. Ş.Nəcəfpur layihənin mahiyyətini və məramını belə izah edib:"CAN təşkilatının missiyası Azərbaycan və Norveç arasında güclü dostluq münasibəti yaratmaqdır və bu layihə ilə Azərbaycanla Norveç arasında keçmişə dayanan bir tarixi bağ var. Norveçin tanınmış tarixçisi Tur Heyerdal deyib ki, vikinqlərin tanrısı Qafqazdan Skandinaviyaya köçüb.Biz də bu iki ölkənin mədəniyyətini birləşdirməyə çalışdıq. Bir azərbaycanlı oğlan modelə öz milli geyimimizi, Norveçdən gəlmiş qıza isə Norveç milli geyimini geyindirib Qobustanda, Şamaxıda, Atəşgahda, Yanardağda onların fotosessiyalarını etdik. Bu fotolarda Azərbaycanla Norveçin necə bir-birinə bənzədiyini də görəcəklər".Çəkilişlərdə istifadə olunan Azərbaycan milli geyimi görkəmli modelyer Gülnarə Xəlilovanın kolleksiyasındandır. Çəkilən postcardlar Avropada yayımlanacaqdır. Zülfiyyə Qurbanova
Qalereya
Oxşar xəbərlər
Norveçin Azərbaycandakı səfirliyi mayın 16-da bağlanır
Norveçin Azərbaycandakı səfirliyi may ayının 17-dən fəaliyyətini dayandırır.“Mayın 16-sı səfirliyin fəaliyyət göstərəcəyi son gün olacaq. Mayın 20-dən etibarən...
