Azərbaycanlı modelyer-dizaynerlər ölkəmizi Rusiyada təmsil ediblər - FOTOLAR
16
noy
2018
23:00
8-10 noyabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində modelyer-dizaynerlər arasında XII «Russian Siluet» beynəlxalq müsabiqəsi keçirilib.BAKU.WS-in məlumatına görə, layihədə Azərbaycanın tanınmış modelyer-dizaynerləri Afaq İsmayılzadə, Ülkər Hüseynova və Xatirə Baharova yer alıblar. Onlar beynəlxalq müsabiqədə ölkəmizi təmsil ediblər. Yerli dizaynerlərimizin moda göstərişi böyük maraqla qarşılanıb. Layihə çərçivəsində təmsilçilərimiz müxtəlif KİV nümayəndələrinə müsahibələr veriblər. Layihənin münsiflər heyətində Rusiyanın tanınmış dizaynerleri Vyaçeslav Zaytsev, Valentin Yudaşkin, İqor Qulyayev və digərləri yer alıblar.Qeyd edək ki, «Russian Siluet» yarışmasının prezidenti Tatyana Mixalkova, Azərabaycan tərəfdan təşkilat komitəsinin sədri Zamir Hüseynov, Qafqaz ölkələri üzrə koordinatoru isə Aqil Məmiyevdir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın ən gözəl qızları seçildi (FOTO)
Dünya Gözəllik Konqresinin təşkilatçılığı ilə "Beauty of the World Azerbaijan" gözəllik yarışmasının seçim turu keçirilib.Trend-in məlumatına görə, kastinqə ümu...