Norveçli modelyer Qarabağ həqiqətlərini podiumda göstərdi - FOTOLAR

Norveçli modelyer Qarabağ həqiqətlərini podiumda göstərdi - FOTOLAR
Mədəniyyət 1055
Türkiyədə "Antalya Fashion Week 2019" adı altında keçirilən moda günlərində Norveçdə yaşayan əslən azərbaycanlı Şervin Nəcəfpurun "I‘m a Star” kolleksiyası nümayiş olunub. BAKU.WS-in məlumatına görə, Türkiyə mediası tərəfindən işıqlandırılan dəfilə böyük səs-küyə səbəb olub. "I‘m a Star” kolleksiyasında modellərin çıxışı zamanı "background"da (fonda) Azərbaycanın ərazi bütövlüyünün, eləcə də işğal olunmuş şəhərlərinin adı - "I’m a star in Khojaly", "I’m a star in Shusha", "I’m a star in Tabriz" və s. yayımlanıb. Sonda nümayişin əsas ulduz modeli olan mister Azərbaycan və "Best Model of Azerbaijan 2018" yarışmasının qalibi Şakir Əhmədzadə podiuma "I’m a star in Karabakh" şüarı ilə çıxıb.
Bundan başqa, dizayner Ş.Nəcəfpur dahi şəxsiyyətlər M.Ə.Rəsulzadə, H.Əliyev və M.K.Atatürkün ölkələrarası dostluq haqqındakı fikirlərini əks etdirən bir neçə məqama toxunub. Kolleksiyanın həm ideya konsepti, həm də nümayiş olunan geyimlər moda tənqidçiləri və dəb bloqqerləri tərəfindən maraqla qarşılanıb. Kolleksiyanın kristal daşlardan ibarət taclarını dizaynər Gülnar Məmmədova hazırlayıb. Ənənəvi olaraq hər il keçirilən "Antalya Fashion Week" dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır. Qeyd edək ki, dizayner Shervin Najafpour Norveçin bir çox məhşur ulduzlarının eləcə də kral ailəsinin geyimlərini hazırlayan ən bahalı dizaynerlərdən biridirBAKU.WS

Son xəbərlər