Azərbaycanda teatr və konsert müəssisələri bağlandı

Azərbaycanda teatr və konsert müəssisələri bağlandı
Mədəniyyət 1746

Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən “report”a bildirilib.

Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.

Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Son xəbərlər