Əbülfəs Qarayev yeni təyinatlarla bağlı əmr imzaladı
06
mar
2019
12:10
Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə Cəfərova Türkan Orucəli qızı nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə və mətbuatla iş sektorunun müdiri təyin edilib. T.Cəfərova bu təyinata qədər həmin sektorda baş məsləhətçi vəzifəsində çalışıb.Nazirliyin İctimaiyyətlə və mətbuatla iş sektorunun baş məsləhətçisi vəzifəsi isə Elnarə Quliyevaya həvalə olunub. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov faktı təsdiqləyib.BAKU.WSOxşar xəbərlər
Nazirlikdə yeni TƏYİNAT - FOTO
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.BAKU.WS xəbər verir ki, jurnalist Vüqar Hüseynov Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəs...