Flora Kərimova: “Bunu utana-utana deyirəm...”

“Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram. Bir-iki ildir anladım. Buna inanmayacaqsınız, amma həqiqətən belədir”.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Kinomən” proqramında deyib. Sənəti ilə bağlı suallara bu cür cavab verən müğənni tərifi sevmədiyini söyləyib:
“Bunu utana-utana deyirəm: nə filmə, nə televizora baxa bilirəm. Təriflərdən zəhləm gedir. Gözümün önündə o qədər səmimiyyətdən uzaq komplimentlər deyilib ki... Səhnə arxasında isə o müğənnini yıxıb-sürüyüblər. Adam rəhmətə gedib deyə adını çəkmirəm. Onun səhnə davranışında, görünüşündə, danışığında, oxumağında...
Balaca olanda səhnəyə çıxanda deyirdilər, nələr etdin, səndən yoxdur. Özümü itirirdim, qaçırdım. Birdən-birə ikiüzlülük gördüm. Nə ailədə, nə evdə görmüşdüm”.
Oxşar xəbərlər
Sənətkarın gözəllik meyarı
Bu gün görkəmli heykəltəraş Münəvvər Rzayevanın doğum və anım günüdür. Həyatda rəngli bir ömür yaşamaq, insanlara mənəvi gözəllik bəxş etmək hər kəsə nəsib olan...