SİZİN REKLAM BURADA!
055 213 76 73


Norveç və Azərbaycan dostluğu, məhəbbətinin təcəssümü "Discovering The Land of Origin" (Milli Mirasımızın mənşəyini kəşf et) layihəsində əks olunub.

BAKU.WS
xəbər verir ki, layihədə azərbaycanlı model Elvin İsmayıl və norveçli məhşur influenser Jaenette Elise çəkilib.

Layihə Dövlət Diaspora komitəsinin sifarişi, Norveçın Can təşkilatının təşəbbüsü və Caspian Media Holdingin təşkilatı dəstəyi ilə çəkilmişdir. Layihənin rəhbəri Norveçli modelyer, Can təşkilatının sədri Şervin Nəcəfpurdur. Fotolar isə məhşur norveçli fotoqraf Edmond Yang tərəfindən çəkilmişdir.

 Ş.Nəcəfpur layihənin mahiyyətini və məramını belə izah edib:

"CAN təşkilatının missiyası Azərbaycan və Norveç arasında güclü dostluq münasibəti yaratmaqdır və bu layihə ilə Azərbaycanla Norveç arasında keçmişə dayanan bir tarixi bağ var. Norveçin tanınmış tarixçisi Tur Heyerdal deyib ki, vikinqlərin tanrısı Qafqazdan Skandinaviyaya köçüb.

Biz də bu iki ölkənin mədəniyyətini birləşdirməyə çalışdıq. Bir azərbaycanlı oğlan modelə öz milli geyimimizi, Norveçdən gəlmiş qıza isə Norveç milli geyimini geyindirib Qobustanda, Şamaxıda, Atəşgahda, Yanardağda onların fotosessiyalarını etdik. Bu fotolarda Azərbaycanla Norveçin necə bir-birinə bənzədiyini də görəcəklər".

Çəkilişlərdə istifadə olunan Azərbaycan milli geyimi görkəmli modelyer Gülnarə Xəlilovanın kolleksiyasındandır. Çəkilən postcardlar Avropada yayımlanacaqdır. 

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA