SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan estradasında 29 il, 33 il hətta 36 il sənət təcrübəsi olan məşhurlar var. Səhnə faəliyyətinə 1990-cı illərdə start verən bu sənətçilər həmişə sevənlərinə ən yaxşı mahnı və kliplərini təqdim etməyə çalışdılar. Onlar hər bir uğurlu layihə ilə sənət yolunda addım-addım irəliləyib, sevildilər. İndi həmin məşhurlardan bəziləri Xalq artisti, bəziləri isə Əməkdar artistdirlər.

Bu dəfə BAKU.WS saytı olaraq 1990-cı illərdən məşhurlaşmağa başlayan sənətçiləri pərəstişkarlarına sevdirən kliplərinin sayını araşdırdıq. Maraqlıdır, həmin vaxtdan bu günə qədər kim, neçə klip çəkdirib?

Xalq artisti Aygün Kazımova

Müasir estradanın banisi Aygün Kazımova 1988-ci ildən bu günə qədər səhnədədir. Pop diva “Bu sevgi” adlı ilk klipini 1989-cu ildə təqdim edib. Xalq artisti 70-dən çox klip arasında "Uzaqlıq", "Ələrini uzat gülüm", "Ah, vətən", "Son gecə", "İtkin gəlin", "Sənsiz bir günüm olmasın", "Ömrüm-günüm", "Gecələr keçir", "Vokaliz", "Matros", "Sevdim", "Я и ты", "Şəklimi çək", "Depresyondayım", "Bağlanıram (feat. Namiq Qaraçuxurlu)", "Öpsən", "Gecələr sənsiz", "Petrol", "Nirvana", "Bilmək olmaz", "Sağ-salamat” kimi ekran işləri var. Kazımovanın səs-küylü ekran işlərindən biri “İkinci sen” klipidir. İfaçının məşhur müğənni və bərtəkar Sinan Akçılla ifa etdiyi mahnıya Avstriyanın İstanbuldakı konsulluğunda çəkilib. Klip ilk olaraq Türkiyənin ən məşhur musiqi kanalı olan Kral TV-də yayımlanıb. Aygün Kazımova bu mahnı ilə Türkiyə və Azərbaycan hit paradlarında həftələrlə ilk sırada yer alıb.

Xalq artisti Röya Ayxan

Estradamızın sevilən ulduzu Röya Ayxan artıq 29 ildir ki, sənət aləmində müxtəlif layihələr təqdim edir. İfaçının 118-dən çox müxtəlif janrlı ifası var. Sənətçi "Yalan Sözlər" adlı ilk ifasını 1997-ci ildə təqdim edib. Həmin mahnı 2002-ci ildə ekranlaşdırıb. Sənətçinin bu illər ərzində sevənlərinə təqdim etdiyi "Söylə", "Nazlı yarım", "Darıxmışam", "Gəl danış" (ft. Elşad Xose), "Deyin ona" (ft. Samir Cavadzadə), "Həsrətin nəğməsi" (ft. Tunar), "De niyə?" (ft. Şeron), "Narın yağış", "Yenə yaz gələcək", "Sən evlisən", "Dostumsan, yoxsa sevgilim?", "Ağla", "Unutmaq istədim", "Gönder", "Sənə ehtiyacım Var" (ft. Xəyyam Nisanov), "Yolun açık olsun", "Afaki", "Neylərsən" (ft. Zamiq Hüseynov), "Dəli kimi" (ft. Nicat Rəhimov), "Tez gəl", "Səni insan sandım" adlı klipləri şöhrətinə daha da şöhrət qatıb. Xalq artistinin 70-dən çox klipi var. İfaçı 2019-cu ildə çəkdirdiyi “Elə bilirdim” klipində “Jeep” markalı maşının üstünə çıxması ilə diqqət çəkmişdi. Mahnının səsyazma işləri Türkiyədə həyata keçirilib. Studiyanın səs rejissoru Türkiyənin məşhur musiqiçisi Emrah Moğulkoçdur. Emrah Sibel Can, Hakan Altun, Demet Akalın, Ebru Yaşar kimi müğənnilərlə çalışıb.

Xalq artisti Zülfiyyə Xanbabayeva

Azərbaycan müasir estradasının qurucularından olan Zülfiyyə Xanbabayeva artıq 36 ildir ki, sənət fəaliyyəti nümayiş etdirir. İfaçı "Demirəm" adlı ilk klipini 1999-cu ildə musiqisevərlərə təqdim edib. Onun 40-a yaxın klipi var. Xanbabayevanın yaradıcılığında "Gecikməyin sevməyə", "Aləm oyansın", "Sən gedən gündən", "Son gecə", "Sənsiz", "Qəlbinə yol", "Səninlə", "Azərbaycan", "Ayrılığa dözərəm", "Xatırla məni", "Unut getsin", "Sən azərbaycanlısan", "İki doğma insan", "Şuşa" kimi klipləri yer alır. Xalq artistinin ən uğurlu klipi isə “Gözümün qarası” olub. Belə ki, sözləri İsmayıl Dadaşova, musiqisi isə Hüseyn Abdullayevə aid olan kompozisiya 2006-cı ildə ilin mahnısı seçilib. Xanbabayeva fərqlilik edərək ilk dəfə bu mahnıya Gürcüstanda klip çəkdirib.

Xalq artisti Faiq Ağayev

Azərbaycanın məşhur müğənnisi Faiq Ağayev də həmkarı Ayün Kazımova kimi 1988-ci ildən sənət aləmindədir. Səhnəmizin  "Qızıl Şlyager"i "Səni əvəz eləmir", "Sənə də qalmaz" kimi mahnılarına ilk dəfə 1996-cı ildə ekran həyatı verib. Yaradıcılığı boyunca 300 solo konsert verən sənətçinin 35-dən çox klipi var. Bunlar arasında "Sən elə bilirdin","Həsrətimsən", "Aldatdı məni", "Sən gəlməz oldun", "Azərbaycan", "Ayrılma məndən", "Neyləyim","Bağışlaram səni", "Ömür bumu", "Bal kimi", "Əlvida", "Dönmə geri (Remake)","Deyə...", "Öyrəşdim...", "Sən qalibsən!", "Anaya məktub /Bəlkə Də ft. PRoMete" kimi sevilən ekran işləri yer alıb. Sənətçinin 2018-ci ildə təqdim etdiyi “Gözüm dəyməsin sənə” klipinə xeyli pul xərcləyib. Həmin vaxt Ağayev klip barədə “Son 3-4 ildə Azərbaycanda çəkilən ən bahalı klipdir” deyə açıqlama verib.

Xalq artisti Tünzalə Ağayeva

2001-ci ildə keçirilən musiqi yarışması “Bakı Payızı”nın qalibi olan Tünzalə Ağayeva estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar fəaliyyətə başlayıb. Onun ilk klipi “Gözlərim” 2002-ci ildə işıq üzü gördü. Ağayevanın yaradıcılığında 50-dən çox klip yer alır. Onlar arasında "Unutma", "Xavərim", "İlhamlı günlər", "Bir də baxım", "Lay-lay", "Ölkəm", "Sən varsan", "Bir dünya istəyirəm", "Gözləyirəm", "Hər şey yaxşı olacaq", "Yol açıqdır", "Günaydınım", "Sevdi can səni", "Ey yar" kimi klipləri var. Tünzalə Ağayeva hazırda fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və onları ifa edir. Xalq artisti 2021-ci ildə Xalq şairi Rəsul Rzanın yaradıcılığına müraciət edərək, şairin “Şuşam mənim” şeirinə mahnı bəstələyib. Klipin rejissorluğu Ülviyyə Könülə həvalə olunub.

Əməkdar artist Sevda Ələkbərzadə

Caz, xalq musiqisi və muğam janrlarında ifa edən Sevda Ələkbərzadə 1991-ci ildə sənətə gəlib. O "Aypara" qrupunda ifaçı kimi, 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyət göstərib. Ələkbərzadənin ilk klipi “Demə Ki, Sevirəm” 2001-ci ildə işıq üzü görüb. Sevdanın "Əlvida", "Məhəbbət ki dəb deyil", "Ulu vətən", "Mənimləsən", "Dəli arzular", "Sev məni bu payız", "Sən yadıma düşəndə","Qal, sənə qurban", "İstəmirəm", "Demə", "Hisslərim dumanda", "Söylə yadındamı" adlı 25-ə yaxın klipi var. İfaçının “İstəmirəm” adlı klipinə onun dostu gürcü rejissoru Zaza Oraşvili Gürcüstanın paytaxtı Tbilisidə çəkib. Çətin hava şəraitində ərsəyə gələn klip haqqında Ələkbərzadə “Bir çəkiliş günündə 4 mövsüm yaşadıq” sözlərini söyləyib.

Müğənni İzzət Bağırov

Fərqli imici və ifa tərzi sənətə gələn müğənni İzzət Bağırov şou biznesdə 1995-ci ildən populyarlaşıb. O bu günə qədər bir çox mahnı yazdıraraq ekran həyatı verib. Sənətçinin yaradıcılığında 40-dan çox lentə alınan ekran işi var ki, bunlar da daha çox lirik janrdadır. İzzət Bağırovun “Gəlib səni tapacağam”, "Biz niyə yaşadıq bu məhəbbəti", "Ay qız", "Mən səni sevdim", “Dön gəl”, “Gəl qəbul eylə”, “Yar, aman, yar”, “Dünya”, “Bir şirin öpüş” adlı klipləri mövcuddur. Kumiri İbrahim Tatlıses olan İzzət onun repertuarına müraciət edərək “Tek-tek” mahnısını səsləndirib, eyni zamanda onu ekranlaşdırıb. İzzətin "Yağış yağır, sevgilim" adlı klipinin çəkilişi zamanı yağış effekti yaratmaq üçün 6 ton sudan istifadə edilib. Bu barədə sənətçi müsahibələrindən birində qeyd edib.

Əməkdar artist Xumar Qədimova

Şou-biznesin ən nazlı xanımı Xumar Qədimova 1997-ci ildə yaradıcılığa başlayıb. Bu günə kimi 100-dən çox musiqi əsələri səsləndirib. Onun bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib. Qədimovanın 30-dan çox klipi arasında "Gələcəyəm, gəl desən", "Ayrılıq", "Məktub", "Miyanə gözlər", "Böyle ayrılık olmaz", "Gəl inad etmə", "Yarım", "Giderim ft. Akrep", "Neylərəm", "Sevgi harayı", "Sevgilim", "Döz" və başqa ekran işləri yer alır. Əməkdar artistin ötən il təqdim etdiyi "Ayrıldıq" mahnısına çəkilən klip yutubda 40 milyon izlənilib. Bu, həm ötən il, həm də yanvar ayının rekordu hesab olunur. Mahnının sözləri XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifə, musiqisi isə sənətçinin özünə aiddir.

Müğənni Zamiq Hüseynov

Estrada müğənnisi Zamiq Hüseynov “Dəymərəm qəlbinə” adlı ilk klipini 2003-cü ildə təqdim edib. Sənətçinin bu günə qədər 43 klipi var. Zamiq sənət fəaliyəti boyunca fanatlarına "Uçduq", "De neyləyim", "Mənimlə qal", "Sən necə də gözəlsən", "Gör nələr olur", "Səninlə yaşayıram", "Yağış", "O mənə inanır", "Var ol", "Duman", "Əvəzsizim", "İfadə", "Əfsanə", "Mənim atam qəhrəmandır", "İcazə ver", “Kaman” adlı ekran işləri təqdim edib. İfaçının 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yeri tutub. Z.Hüseynov "Uçduq" klipi ilə la bağlı səmimi etiraf edib. O müsahibələrindən birində klipdəki qızdan xoşu gəldiyini deyib: "O vaxt bu səhnələr pis qarşılana bilərdi. Qorxurdum, amma yaxşı qarşılandı. O vaxtlar yaşım az idi, fikirlərim indiki kimi deyildi. Klipdəki qız xoşuma gəlirdi. Onu Moskvadan gətirmişdik. Özü də tapşırmışdılar ki, qızın sevgilisi var, çox açıq-saçıqlıq olmasın”.

Müğənni Samir Bağırov

Azərbaycanda müasir estradanın yaradıcılarından biri hesab olunan Samir Bağırov ilk dəfə 1988-ci ildə sənətə gəlib. Hər zaman qeyri-adi görünüşü ilə fərqlənən sənətçinin az sayda klipi var. Buna səbəb Samirin tez-tez sənət faəliyyətinə ara verməsi olub. Bağırovun "De, kim eşitsin?", "Sevgilim", "Yağışın nəğməsi", "Axtarıram", "Mənsiz", "Deyirdim sənə", "Sənsizlik", "Sevmədin gülüm", "Mənəm O" adlı sevilən kipləri var. 2000-ci ildə Best multi-genres singer mükafatını qazanan Samir Bağırov yaradıcılığı boyunca müxtəlif musiqi janrlarına müraciət edib. Xüsusilə pop, caz, pop rock, soul, R&B, flamenco və Yeni Çağ (New Age) janrlarında mahnılar səsləndirib. Sənətçi 2021-ci ildə “Mənəm o” adlı mahnısını ifa edərək ona ekran həyatı verib. Lirik kompozisiyanın sözləri Muhammad Bibaka, musiqisi isə Nadir Nəğd-Pula aiddir. Müğənni bu kliplə uzun fasilədən sonra yenidən səhnəyə qayıdıb.

BAKU.WS