SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış bəstəkar İlham Abdullayev vəfat edib.

BAKU.WS xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, bəstəkar uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

“Gözəl bəstəkar, mahir pianoçu, milli estrada, pop musiqimizdə parlaq imzası olan, əziz, kübar insan - İlham Abdullayev haqq dünyasına qovuşdu. 1 ay öncə zəng edib ifa etdiyim mahnılarının keyfiyyətli yazılarını rica etdi məndən. Dedi ki: "Hələ ki gec deyil, yolla onları mənə, zəhmət deyilsə".

Bilirdim ki, neçə ildir xəstəliyi ilə mərdcəsinə mübarizə aparır, dərhal istədiklərinin bir hissəsini yolladım ona.
"Hələ yaxınlarda 90-larda ifa etdiyim 2 mahnımızın remake-ləri çıxacaq, sevindirəcəyəm sizi" dedim.

Qismət olmadı. Rahat uyu, yerin də rahat olsun, dəyərli insan. Allah rəhmət eləsin!” - deyə müğənni qeyd edib.

Qeyd edək ki, İ.Abdullayev Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının keçmiş bədii rəhbəri olub.

BAKU.WS