ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun növbəti anonsu yayımlanıb. 

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şou proqramın ötən günki buraxılışında aktyor Fərda Xudaverdiyeva verilişi tərk etdi. Fərda finala bir addım qalmış, gözlənilmədən məğlub olaraq oyunu tərk edib.
 
Bununla da şounun finalına Oksana Rəsulova, Elcan və İslam keçə bildi. Bu gün axşam final mərhələsində nələrin baş verəcəyini izləyəcəksiniz. 
 
Əsl mübarizə bundan sonra başlayacaq. Bu gün axşam ATV-də saat 22:00-da "Maşın" şounu izləməyi unutmayın.
 
BAKU.WS