ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şou proqramda iştirakçılar müğınni Nadir Qafarzadəni SMS səsverməsinə çıxarıblar. O, səs toplayacağı təqdirdə həmkarı Sərxan Kərəmoğlunu çıxaracağını bildirib. Hərəkətini isə Kərəmoğlunun ötən gün Təranə Qumralla mübahisə etməsi və ona ağır sözlər söyləməsi ilə əsaslandırmağa çalışıb. Sərxan Kərəmoğlunun isə əlini maşından götürməsi onu çıxılmaz vəziyyətət salıb. O, məcburən rejissor Aqil M.Quliyevə hədəf seçdiyini açıqlayıb. Amma verilişin sonuna az qalmış fikrindən daşınıb, heç kəsi çıxarmayacağını bildirib. Buna baxmayaraq  37,54 faiz tamaşaçı ona qalsın, 62,46 faiz tamaşaçı isə getsin deyib. Beləliklə də bu dəfə maşın Nadir üçün əldən getdi.
 
BAKU.WS