Ramiz Mehdiyevin cavanlıq sirri - Hər il Altıağacda maral buynuzu...

Ramiz Mehdiyevin cavanlıq sirri - Hər il Altıağacda maral buynuzu...
Şou-biznes 47396

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin özünü maraqlı üsulla müalicə etdirdiyi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, AMEA rəhbəri hər il yaz aylarında qanını təmizlədir. Belə ki, R.Mehdiyevin qan dövranını yaxşılaşdırmaq və hüceyrələri aktivləşdirmək üçün ona qan köçürülür.

Bundan başqa AMEA rəhbəri “Sədərək Yusif” ləqəbi ilə tanınan iş adamı Yusif Qədimbəyliyə məxsus Xızıda yerləşən Cənnət Bağı Altıağac İstirahət Mərkəzində maral buynuzu növü ilə müalicə alır.

Qədim təbabət növü hesab olunan pant vannası sümük və oynaq ağrılarını aradan qaldırır, ürək-qan damar fəaliyyətini yaxşılaşdırır, prostatiti, kişi sonsuzluğunu və cinsi zəifliyi aradan qaldırır.

Qeyd edək ki, baharda, aprel-may aylarında maral buynuzunu atır. Pantlar 3 sutka qaynadılır. 2,5-3 kq buynuz 10 prosedur üçün kifayət edir. Maral buynuzunun tərkibində 23 amin turşusu var. Ənənəvi Şərq təbabətində pant vannaları gücün və cavanlığın qorunması, eləcə də bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Xroniki yorğunluğun aradan qaldırılması, maddələr mübadiləsi, metabolik proseslərin intensivliyinin artırılması, müqavimətin gücləndirilməsi, damarlarda mikrosirkulyasiyanın sürətləndirilməsində faydalıdır.

Oxşar xəbərlər

Bir qaşıq bala istiot qatıb yesəniz... - AĞRINI AZALDAN TƏBİİ VASİTƏLƏR

Bir qaşıq bala istiot qatıb yesəniz... - AĞRINI AZALDAN TƏBİİ VASİTƏLƏR

Dərmanlardan çox istifadə sağlamlığa ciddi ziyan vurur. Təbiət isə şəfa axtaranların imdadına çatır. Hər ağrı zamanı ağrıkəsici istifadə edən şəxslər böyrəkləri...

3233 Şou-biznes 11:10 12 noyabr 2017

Son xəbərlər