"İnter" klubunun qapıçısı Kamran Ağayev və müdafiəçi Ruslan Əmircanov Xəzər TV-də yayımlanan  "5/5” verilişinin qonağı olublar.
 
BAKU.WS məlumat verir ki, verilişdə maraqlı anlar yaşanıb. Belə ki, Kamran Ağayevlə Ruslan Əmircanov meyxana deyiblər. Qafiyəni Kamran Ağayev açıb. 
 
Verilişdə furbolçularımızla yanaşı tanınmışlardan Niyam Səlami və Şəbnəm Tovuzlu qonaq olub. Kamran Ağayevlə Ruslan Əmircanovun meyxana deməyi tamaşaçıların da xoşuna gəlib.
 
Qeyd edək ki, Kamran Ağayevlə Ruslan Əmircanov birlikdə əvvəllər də meyxana deyiblər. Futbolçuların sözügedən dəyişməsi də maraqla qarşılanmışdı. 
 
BAKU.WS