VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı idmançı Pərviz Abdullayev "Survivor 2020" yarışmasına damğa vurub. 

BAKU.WS xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Yasin Obuz adlı iştirakçı ilə qarşılaşıb.

Pərviz 4 yarışın 3-də qələbə qazanaraq komandasını önə keçirib. Ancaq "Məşhurlar"ın qadın iştirakçısı Elif rəqibinə hər 3 mübarizədə məğlub olaraq bu üstünlüyü əldən verib.

Hesab bərabərləşdiyi üçün bayraq yarışı baş tutub. Pərviz Abdullayev bu dəfə də rəqibinə qarşı əzmkar mübarizə apararaq qalib gəlib və komandasına qida mükafatı qazandırıb. 

BAKU.WS
VİDEO