SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Rəşad Eyubov ailə həyatı qurub.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, paytaxt təmsilçisi 26 yaşlı futbolçunu toyu Bakıdakı restoranların birində baş tutub.

Toy mərasimində "Sabah"ın kollektivi və Eyubovun futbolçu dostları da iştirak edib.

Qeyd edək ki, Rəşad Eyyubov 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 2 yaşı olanda ailəsi ilə birgə Ukraynanın Odessa şəhərinə köçüb.

Rəşad məşhur azərbaycanlı arxeoloq İsaak Cəfərzadənin nəvəsidi.

Azərbaycan, rus, Ukrayna və ingilis dillərində sərbəst danışa bilir.


BAKU.WS