VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Astroloqlar bu günə olan ulduz falını açıqlayıb. 
 
Qoç - Diqqətli olun. Ünsiyyət çevrəsini ən zəruri əlaqələrlə məhdudlaşdırın. Yarımçıq işlər qəfil həllini tapa bilər. İndiki olaylar sürətlə inkişaf edən hadisələr silsiləsinin bir hissəsidir. Dəyişikliklər qurban tələb edir. Tələsməyin.

Buğa - Çox emosional və gərgin gün olacaq. Diqqətinizi işdən ayırmayın. Çətinliklərin dəf edilməsi ilə məşğul olun. Sevdiyiniz insanın və yaxınlarınızın hisslərini sınağa çəkməyin. Əks təqdirdə səhvlərin fəsadlarını aradan qaldırmaq asan olmayacaq.

Əkizlər - Cari işlərlə məşğul olun. Anlaşma, razılaşma, danışıqlar, tərəfdaşlar və başqa maraqlı şəxslərlə aktiv dialoq tələb edən məsələləri təxirə salın. Dəyişikliklər qəfil ola bilər. Gələn siqnallar mümkün problemlərdən xəbər verir. Təşəbbüskar olun. Səhvə yol vermək, yalan və ya öz illüziyalarınızın qurbanı olmaq riski az deyil.

Xərçəng - Qüvvə və enerjinizə qənaət edin. Nəzərdə tutduğunuz bütün işləri görə bilməyəcəksiniz. Peşəkar fəaliyyətlə bağlı ambisiyaları arxa plana salın. Ailə üzvləri və yaxınlarınızın maraqları daha üstün olmalıdır. Parlaq və güclü hisslər istəsəniz də, müstəqil, sakit şəkildə çalışın. Münaqişələrə qatılmayın, özünüzə problem yaratmayın. Əks təqdirdə fəsadları uzun müddət aradan qaldırmalı olacaqsınız.

Şir - Gərginlik daha da artır. Situasiya ağırlaşır, hisslər mürəkkəbləşir. Problemləri həll etməyin yollarını tapın, durumun ağırlaşmasına yol verməyin. Mübahisələr, həqiqət axtarışları ciddi ixtilaflara, münasibətlərin kəsilməsinə, əməkdaşlığın sərinləşməsinə səbəb ola bilər.

Qız - Çoxsaylı təəssüratlar və hisslər vəd edən gündür. Yaşananları təhlil edin, proseslərin məğzini anlamağa çalışın. Yaxın ətrafınızdakı insanlar yeni tapşırıqlar və öz problemləri ilə sizə təzyiq etməyə çalışırlar. Vaxtınızı və maraqlarınızı qorumağın çevik vasitəsini tapın. Əks təqdirdə özünüz barədə xoşagəlməz sözlər eşidəcəksiniz.

Tərəzi - Mürəkkəb problemin və ya çətin məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha əfzəldir.

Əqrəb - Pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil. Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə müqayisədə daha yaxşı olacaq.

Oxatan - Qüvvənizi toplayın, aktiv olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun təfərrüatlarından dəqiq hali olmalıdırlar.

Oğlaq - Maliyyə məsələlərini həll etmək, alış-verişə çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik tələb edən işlərlə məşğul olmaq mümkündür. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq zamanıdır.

Dolça - Qarışıq, amma məsuliyyətli gündür. Münasibətləri həddən ziyadə iradlar və tələblərlə korlamayın. Ünsiyyəti məhdudlaşdırın, ünsiyyəti və yazışmaları təxirə salın. Yarımçıq işləri tamamlayın, sabaha heç bir iş saxlamayın. Münasibətlərin gərəkli məcrada inkişafı üçün səylər göstərin. Bu mümkündür, amma fikir ayrılıqları və incikliklər istisna deyil.

Balıqlar - Asan gün olmayacaq. Lakin bütün sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin, ciddi səhvlər etməyin.
 
BAKU.WS