SİZİN REKLAM BURADA!
055 213 76 73


Taylandda 4 metr uzunluğunda və 15 kiloqram çəkisi olan nəhəng ilan tapılıb. 

BAKU.WS xəbər verir ki, ətrafda gəzərkən kral kobra ilanını görən sakinlər səlahiyyətli şəxslərdən kömək istəyib.

"Krabi Pitakpracha" dərnəyi xəbər verdikdən sonra 8 nəfərlik dəstə ilanı tutmaq üçün əraziyə göndərilib.

Nəhəng ilan kanala girərək ərazidən uzaqlaşmağa çalışıb. Ancaq buna baxmayaraq nəhəng ilanı tutmaq mümkün olub.

Uzun səylər nəticəsində tutulan ilan təbiətə buraxılıb.

Qeyd edək ki, kral kobra dünyanın ən uzun zəhərli ilan növüdür. Uzunluğu 6,7 m, kütləsi isə maksimum 9 kiloqrama qədər olur. Bu növ Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də daxil olan ilanlar təşkil edir.
BAKU.WS
VİDEO