SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda qeyri-adi turnir keçirilir.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, bu dəfə balıqçılar qüvvələrini sınayıblar. Havanın normal şəraitdə olması balıq ovu turnirinə gələnlərin işini çətinə salmayıb. Ölkəmizin dörd bir tərəfindən gələn iştirakçılar Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Şəmkir su anbarı su hövzəsində yarışlara qatılıblar.

Turnir Azərbaycanın bütövlüyü uğrunda canından keçən Milli Qəhrəman İsgəndər Aznaurovun əziz xatirəsinə həsr edilib. Sentyabrın 14-i və 15-də iki gün davam edən turnirdə 50-dən çox iştirakçı qatılıb. Məqsəd isə qalib gəlib xüsusi mükafata nail olmaqdır. Yarış indiyə kimi müxtəlif su hövzələrində keçirilib. Bu isə sayca 11-ci turnirdir. Qalib isə ən böyük balığı tutan şəxs olacaq. O ki qaldı şərtlərə. Qeyd edək ki bu cür turnirlərin keçirilməsində məqsəd Azərbaycanda həvəskar balıqçılığı idman balıqçılığı səviyyəsinə çatdırmaqdan ibarətdir.

Elə buna görə də yarışa ilbəil maraq artdığından iştirakçıların sayı da çoxalır.
BAKU.WS
QALEREYA