“TIR” la “Chevrolet” toqquşdu, yol bağlandı

28
iyn
2019
23:37
“TIR” la “Chevrolet” toqquşdu yol bağlandı.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Bakı-Qazax yolunun Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb. “TIR” markalı yük maşını ilə “Chevrolet” markalı avtomobilin toqquşması nəticəsində sonuncunun sürücüsü ağır yaralanıb.Yaralı ilkin olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki özəl xəstəxanalardan birinə gətirilib. Hadisə zamanı bir müddət Bakı-Qazax yolunun Şəmkir rayonundan keçən hissəsi bağlı qalıb, magistar yolda tıxaclar yaranıb.Hadisə yerinə cəlb olunan Dövlət Yol Polisi əməkdaşlarının səyi nəticəsində yolda hərəkət pərpa edilib.Qəzanın səbəbləri isə araşdırılır

Oxşar xəbərlər
Göygöldə “NİVA” aşdı: Polis yaralandı - VİDEO/FOTO
Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Yenizod kəndində...