SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludlu, yağmursuz olacaq, arabir tutulacaq. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan BAKU.WS-ə verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 20-23, gündüz 24-28 dərəcə isti olacaq. Bakıda havanın temperaturu gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 26-31, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.
 
BAKU.WS