SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bakı haqqında çox eşitmişəm. Amma orada heç vaxt olmamışam. Mənə danışıblar ki, Bakı çox gözəl yerdir”.

BAKU.WS məlumat verir ki, bu sözləri məşhur Hollivud ulduzu Robert De Niro `Nargis` jurnalına müsahibəsində deyib. De Niro Bakıya gəlmək istədiyini bildirib:

"Hələlik mənim bununla bağlı dəqiq planım yoxdur. Amma çox istəyriəm ki, Azərbaycana gəlim”.

De Niro təsisçisi olduğu "Nobu” restoran brendinin Bakıda açılmasını arzu etdiyini qeyd edib. Ulduz aktyor təyyarə ilə uçduğu zaman Bakının üzərindən keçidkərini qeyd edib.
 
"Qətərdən təyyarə ilə qayıdan zaman mənə dedilər biz indi Azərbaycanın üzərindən uçuruq. Ona görə deyə bilərəm ki, mən Bakını artıq quş uçuşu məsafəsindən görə bilmişəm”, - deyə De Niro bildirib.
 
BAKU.WS