Sabah, iyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçiriləcək.

Bu barədə “Report”a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib.

Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək.

“Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, - deyə T.Əliyev əlavə edib.


BAKU.WS