Erməni toyundan maraqlı görüntülər paylaşılıb. 
 
BAKU.WS-in məlumatına görə, videodan bəy və gəlinin rəqs etdiyi görünür. Maraqlısı ondadır ki, səslənən musiqi erməni deyil, Azərbaycan musiqisidir. Ruhani döndərməsi deyə adlanan xalq mahnısı erməni toyunda böyük həvəslə səsləndirilib. 
 
Mahnının müşayəti altında rəqs edən bəy və gəlin, həmçinin qonaqlar bu dəfə də mədəni sərvətimizi göz görə-görə oğurlayaraq özünküləşdiriblər.  

 
Qeyd edək ki, ruhani xalq mahnısı çox qədim tarixə malikdir. Hətta bu mahnı 1975-ci ildə çəkilən "Tütək səsi" filmində də səsləndirilib. Film yazıçı İsa Hüseynovun "Tütək Səsi" və "Saz" povestlərinin motivləri əsasında ekranlaşdırılmış filmdə İsfəndiyar kişinin sazda ifa etdiyi hava "Ruhani"dir.
 
Ruhanini Aşıq Hüseyn Saraçlı ifa edib və xatirələrdə möhtəşəm bir sənət nümunəsi kimi əbədi yaşam qazanıb.
 
ŞAHİN Həbibov
BAKU.WS