"Gallup" adlı beynəlxalq analitik şirkətinin araşdırmaları nəticəsində dünyanın ən xoşbəxt və bədbəxt ölkələrinin siyahısı məlum olub.

BAKU.WS
-in məlumatına görə, araşdırmalar 68 ölkə arasında aparılıb. Araşdırmalar zamanı 66 mindən çox insan arasında sorğu keçirilib. Daha sonra ölkələrdə baş verən hadisələr müzakirə olunub.

Araşdırmalara görə, İraq və Yunanıstan dünyanın ən bədbəxt ölkəsi hesab olunub. Sorğuya görə, dünya xalqları 2015-cı ilə nisbətən 2016-cı ildə vəziyyətin nisbətən yaxşılaşacağını gözləyirlər.

Araşdırmalara görə, dünyanın ən xoşbəxt ölkəsi Kolumbiyadadır. Burada ötən il baş verən faciələr və qəzaların sayı da nisbətən azdır. Baş vermiş xoş anlar və bayramlar bu ölkədə daha çox müşahidə olunub. Burada yaşayanların 87 faizi özünü xoşbəxt hiss edir.

 

Cənubi amerikalıları Fici və Səudiyyə Ərəbistanı (hər ikisi 82%), eləcə də Azərbaycan (81%) izləyir. Sonrakı pillələrdə Vyetnam (80%), Argentina və Panama (79%) qərarlaşıb. Azərbaycanda respondentlərin 33 faizi 2016-cı ilin yenicə başa çatan 2015-ci ildən daha yaxşı olacağını deyib. 19% bədbinliyini ifadə edibsə, 23% respondent neytrallığını qoruyub.


Ölkədə iqtisadi inkişaf perspektivləri barədə sualı cavablayarkən rəyi soruşulanların 36 faizi hər şeyin daha yaxşı olacağına inandığını söyləyib. 21% respondent mənfi nəticələr gözləyirsə, 11% iqtisadiyyatın elə eyni səviyyədə qalacağını düşünür. Respondentlərin 66 faizi həyatlarından razı olduğunu bildirib. 10% rəyi soruşulan xoşbəxt deyil, 23% isə nə xoşbəxt olduğunu, nə də xoşbəxt olmadığını deyib. Azərbaycanda baş verən faciəvi hadisələrə rəğmən, buradakı xoşagələn anların sayı da çox olub.

 

Türkiyə də 68 ölkə arasında xoşbəxt olmaqlarına görə 23-cü yerdədir. Türkiyədə yaşayanların çoxu 2016-cı ildə daha yaxşı hadisələrin baş verəcəyinə ümid edirlər.


Ziya Babayev

BAKU.WS