Bu ölkələrə səfər etmədən ölməyə dəyməz (SİYAHI)
Adını indiyə kimi eşitmədiyiniz, eşitsəniz belə harada olduğu haqqında ən kiçik təsəvvürünüzün olmadığı yerlər mütləq var. Hətta elə kiçik dövlətlər var ki, onların varlığında ümumiyyətlə xəbərsizsiniz. Həmin ölkələri təqdim edirik.
1. Toqo
Afrikanın qərbində yerləşir. Paytaxtı Lomedir. 1975-ci ildə qurulan Lome Beynəlxalq Muzeyində, tarixi və etnoqrafik baxımdan dəyərli əsərlər var. Bir çox mədəniyyətin bir arada olduğu ölkədə, dini inanc vududur. Heykəllər, boyalı parçalar və taxta maskalar ən məşhur sənətkarlıq nümunələri hesab olunur.
2. Pitkern adaları
Dünyanın əhali baxımından ən kiçik ölkəsi olan Pitkern adaları, Sakit okeanın cənubunda yerləşir. Paytaxtı Adamstaun olan adalardan yalnız Pitkern adası yaşayış yeri kimi istifadə edilir. Adada yalnız 6 ailə, yəni təxminən 50 adam yaşayır. İldə 1000 turistin ziyarət etdiyi adada, Pitkernlər deyə adlandırılan adanın xalqı arıçılıq və balıqçılıqla məşğul olur.
3. Kyurasao
Venesuelanın şimalında, Karib dənizinin cənubunda yerləşən ölkədə təxminən 150 min adam yaşayır. Paytaxtı Villemstaddır. Bir çox adamın sevimli içkisi olan "Curacao" adlı likör, adadakı çiçəklərin aromasıyla düzəldilir.
4. Burundi
Dənizə sahili olmayan Burundi Respublikası Afrikanın tərkib hissəsinə daxildir. Son 25 ilin məlumatlarına görə dünyanın ən kasıb ölkələri arasında olan Burundi, müstəqilliyini 1962-ci ildə qazanıb. Dünyanın ən dərin ikinci gölü Tanqanyika Burundidə yerləşir. 1470 metr dərinliyindədir. Bundan əlavə, 1980-ci ildə inşa edilən Ruvubu Milli Parkı, bir çox yabanı heyvana ev sahibliyi edir. Nəsli tükənməkdə olan heyvanları və quşları qoruyan park Burundidə ən böyük milli parkdır.
5. Surinam
Adı nə qədər Afrika ölkələrini xatırlatsa da Köhnə Hollandiya müstəmləkəsi olan Surinam, Cənubi Amerikada yerləşir. Brazilya ilə həmsərhəddir. Ölkənin adı Surinam gölündən götürülüb. Surinamın özəlliklərindən biri və ən başlıcası müvəffəqiyyətli futbolçulara sahib olmasıdır. Ölkə Pyer Van Hoydonk, Van Göbbelsin, Cimmi Floyd Hasselbaynk və Klarens Zeedorf kimi məşhur futbolçular yetişdirib.
6. Botsvana
Afrikanın cənubunda yerləşir. Botsvananın da dənizə sahilə yoxdur. Almaz qaynaqlarına görə məşhurdur və dünyada pay sahibidir. Əsrarəngiz təbiəti, heyvanlar aləmi ilə də turistlərin diqqətini cəlb edir.
7. Men Adası
İrlandiya dənizində yerləşir. Adı Manannan adlı "Tanrı"nın adından götürülüb. İlk dəfə adada 8-ci əsrdə vikinqlər məskunlaşıb. Əgər bir gün yolunuz Men adasına düşsə mütləq vikinqlər tərəfindən 1860-ci ildə inşa edilən Peel qalası və adanın şəhərlərindən biri olan Peelde olan Leece muzeyni mütləq ziyarət edin. Tarixi və etnoqrafik obyektlərin olduğu muzey 1984-cü ildə inşaa edilib.
8. Qernsi
Paytaxtı Sakt-Peter-Port olan Qernsi, Manş dənizində yerləşən, Böyük Britaniyaya bağlı bir adadır. Təxminən 65 min əhalisi var. Viktor Hüqonun sürgün edildiyi ev burada yerləşir. Məşhur fransız yazarın "Səfillər" romanını "Hauteville House"da yazmağı bu tarixi evə olan marağı daha da artırır. Ada tarixi abidələri, zəngin təbiəti ilə turistlərin sevimli məkanına çevrilib.
9. Vanuatu
83 adadan ibarət olan Vanuatu, Solomon Adalarının yaxınlığında Avstraliyanın 1750 km şərqində yerləşir. 2006 və 2010-ci illərdə dünyanın ən xoşbəxt insanlarının yaşadığı ölkə seçilən Vanuatuda, 265.000 əhali yaşayır. Adada ildə bir dəfə böyük dağıntılara səbəb olan zəlzələ olur. Vaunatuyu ziyarət etsəniz özünüzü əsrarəngiz təbiəti və mənzərəsi olan cənnətdə hiss edəcəksiniz.
10. Kiribati
Paytaxtı Bairiki olan Kiribati, Sakit Okeanın ortasında yerləşir. Ən yüksək nöqtəsi dəniz səviyyəsinin 2 metr üstündə olan Kiribati dünyada yeni günə ilk başlayan ölkə kimi tanınır. Ölkəyə Yaponiyadan bir başa nəqliyyat işləyir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda "Jiquli" "Land Cruiser"i bir zərbəyə aşırdı (VİDEO)
Bakıda qeyri-adi yol qəzası baş verib. Çoxlarının "nəhəng pəhləvan" hesab etdiyi "Toyota - Land Cruiser" markalı avtomobil özündən qat-qat kiçik olan "VAZ-21011...