BAKU.WS
6 mart tarixinin qoroskopunu təqdim edir: 

Qoç - ulduzlar bu gün işlərinizin çox olmayacağını, buna görə də rahatlığınızı bərpa edəcəyinizdən xəbər verir. Vaxtınızın əsas hissəsini sevgiyə həsr edin. Bugünkü dualarınız qəbul olunacaq.

Buğa - durumunuzdan bəlli olur ki, sevindirici xəbərlər gözləyirsiniz. Əmin olun ki, Göy qübbəsi sizi intizarda qoymayacaq. Bəzi mətləbləri gerçəkləşdirmək üçün pul xərcləməkdən çəkinməyin.

Əkizlər – mövcud durumunuzu yüngülləşdirmək üçün etibar etdiyiniz dostlarınızdan dəstək almağa çalışın. Qərar çıxararkən tələsməyin. Sənədləşdirmə ilə bağlı işlərinizi qaydasına salın.

Xərçəng
– sizə qarşı yönələn iradların obyektivlik dərəcəsindən asılı olaraq onlara münasibət bildirməyiniz vacibdir. Çünki belə yerdə susmaq "qızıl" olmayacaq. Sizi sevənlərə qayğı göstərin.

Şir
- həddindən ziyadə uğurlu bir gün yaşayacaqsınız. Ünsiyyətdə olduğunuz hər bir kəs ovqatınızın yüksəlməsinə xidmət edəcək. Naharda sürprizlər mümkündür. Məsuliyyətinizi artırın.

Qız – yaxın on gündə görəcəyiniz işləri mütləq bu gün dəqiqləşdirin. İstənilən sövdələşmədə iştirakınız əhəmiyyətlidir. Vaxtınız qalsa, məhəbbət amilinə də nəzər yetirin.

Tərəzi - qarşılıqlı münasibətlər zəminində qərəzli mövqe nümayiş etdirməyin. Yersiz qısqanclıq, tələsik qərarlar sizə başucalığı gətirən deyil. Bir qədər məxfilik prinsiplərinə söykənin.

Əqrəb
- təəssüf ki, ulduzların düzümü kifayət qədər gərgin gün olduğunu göstərir. Odur ki, hər bir addımda ehtiyatlı olmalısınız. Ağlınız kəsməyən, həmçinin riskli işlərdən uzaq olmağa çalışın.

Oxatan
- saat 14-ə qədər darıxdırıcı məqamlar yaşasanız da, sonrakı müddətdə aktivliyiniz artacaq. Müştərək fəaliyyət üçün mühüm şəxslərlə görüş keçirin. Daxili orqanlarınıza ciddi fikir verin.

Oğlaq
- enerji və səhhətiniz qaydasında olduğundan ovqatınız xoş olacaq. Odur ki, ciddi maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar hansısa xəstəyə baş çəkməyinizi tövsiyə edir.

Dolça – dünəndən Ay bürcünüzdə olduğu üçün gərginliyiniz ola bilər. Lakin təmkin göstərməklə ola bilsin, bu kimi hallarla üzləşməyəsiniz. Sağlamlığınızın qayğısına qalmağı da unutmayın.

Balıqlar - şanslarınız artsa da, qarşınızda duran maneələri dəf etmək üçün özünüzdə təpər tapmalısınız. Ələlxüsus da günün ikinci yarısında ayıq-sayıqlığınızı artırmalı, münaqişələrdən yayınmalısınız.

BAKU.WS