VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
4 yanvar tarixinin qoroskopunu təqdim edir:


Qoç - sövdələşmə, anlaşma, maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Səyahət, səfər və ya köç üçün münasib zamandır.

Buğa - bütün xırdalıqları nəzərə alın. Maraqlı dəvət ala bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - bütün problemləri bir həmlə ilə çözə biləcəyinizi düşünməyin. Əsla belə deyil. İnsanların çox olduğu məkanlara yollanmayın.

Xərçəng - yaxşı tanımadıınız insanların yanında özünüzü rahat hiss etməyəcəksiniz. Köhnə dostlarla münasibətlərdə gərginliyin yaranmasına imkan verməyin.

Şir - etibar etdiyiniz, inandığınız şəxslərlə təmaslarla kifayətlənin. Peşəkar fəaliyyət sahəsindəki perspektivlərlə bağlı məsələlərə nəzər salın.

Qız - yeni imkanlar yarada biləcək insanlarla qeyri-formal şəraitdə danışıqlar aparmaq olar. İşgüzar danışıqlarda emosional olmayın. Belə davranış yaxşı heç nə vəd etmir.

Tərəzi - səhər saatlarından etibarən zəhmətkeş olsanız və çalışsanız, gün uğurlu keçəcək. Yaxın ətrafınızdakı insanların qayğısına qalın.

Əqrəb
- yaradıcılıq potensialının səviyyəsi artır. Yeni fəaliyyət sahələrində irəliləyişlər ola bilər. Daha təcrübəli şəxslərlə birgə fəaliyyət üçün əlverişli zamandır.

Oxatan
- onların bilik və bacarıqlarından yararlanın. Günün ikinci yarısında emosional fon pisləşəcək. Sizdə qarışıq hisslərə səbəb olan insanlarla görüşməyin. Yaşlı qohumlarla münaqişə ehtimalı var.

Oğlaq
- çətin problemlərin həlli üçün əlverişli zamandır. Ciddi olun, düşünülməmiş addımlar atmayın. Qərarlarınızda ilkin təhlili unutmayın.

Dolça - yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi işi başa vura bilərsiniz. Yeni tanışlara inanmağa tələsməyin. Onların arasında sizi aldatmağa çalışan da var.

Balıqlar - təşəbbüskar olun, ideyalanınızı müzakirə edin. Günün ikinci yarısı uzaqdan gəlmiş insanla görüş, səfər, yaşam arealında dəyişikliklər üçün əlverişlidir. İmiclə eksperimentlər etmək olar.

BAKU.WS